MİT xüsusi əməliyyat keçirib, İŞİD-in əsas fiqurlarından biri həbs olunub

2026/06/1781884434.jpg
Oxunub: 277     19:51     19 İyun 2026    
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) terror təşkilatı İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı saxlanılan təşkilatın media strukturunun məsul şəxslərindən biri sayılan Əhməd Kazancı həbs olunub.

Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, sərhəd bölgəsində yaxalanaraq Türkiyəyə gətirilən A.Kazancının Konya Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsində dindirilməsi başa çatdırılıb.

Daha sonra məhkəməyə çıxarılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, MİT İŞİD terror təşkilatının "Xorasan Vilayəti" (ISKP) qruplaşmasının media şəbəkəsinə qarşı həyata keçirdiyi əməliyyat çərçivəsində "Əbu Ubeydə" və "Əbu İbrahim" kod adlarından istifadə edən Əhməd Kazancı sərhəd bölgəsində ələ keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİT   İŞİD  


Bizi "telegram"da izləyin