Jardan: "Moldova Azərbaycan diasporunun mədəni əlaqələrin inkişafına töhfəsini yüksək qiymətləndirir"

2026/06/1781883692.jpg
Oxunub: 166     19:38     19 İyun 2026    
Moldova Azərbaycan diasporunun iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Moldovanın mədəniyyət naziri Kristian Jardan Moldova Azərbaycanlıları Konqresinin dəvəti ilə Kişineuya gedən Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Moldova Azərbaycanlıları Konqresi Şurasının sədri Ramil Adıgözəlov, həmçinin Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Tural Səfərov və Təhmasib Atakişiyev iştirak ediblər.

Söhbət zamanı tərəflər Moldova-Azərbaycan mədəni əməkdaşlığının gələcək inkişaf perspektivlərini müzakirə edib, birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb və iki xalq arasında dostluq əlaqələrinin qorunub saxlanılmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Uzun illər ərzində mədəniyyətlərarası dialoqun inkişafına və iki ölkənin yaxınlaşmasına yönəlmiş layihələrin həyata keçirilməsinə əhəmiyyətli töhfə verən Moldovadakı Azərbaycan diasporunun roluna xüsusi diqqət yetirilib.

Görüş iştirakçıları qeyd ediblər ki, bu cür təmaslar humanitar əməkdaşlığın genişlənməsinə kömək etməklə yanaşı, Moldova ilə Azərbaycan cəmiyyətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirən xalq diplomatiyasının mühüm alətidir.

Azərbaycan nümayəndə heyətinin Kişineuya səfəri yaradıcılığı müxtəlif nəsil və mədəniyyətlərdən olan insanları birləşdirməyə davam edən Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jardan   Moldova   Azərbaycan  


Bizi "telegram"da izləyin