Livanın cənub və şərq bölgələrinə endirilən zərbələr nəticəsində bir gündə 47 nəfər həlak olub

2026/06/1781796311.jpg
Oxunub: 199     19:31     19 İyun 2026    
Livan Səhiyyə Nazirliyi ölkənin cənub və şərq bölgələrinə endirilən hava zərbələri nəticəsində son bir gündə azı 47 nəfərin həlak olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, hücumlar nəticəsində daha 97 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qurumun bildirdiyinə görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri əsasən Nəbatiyyə əyalətinə və “Hizbullah” hərəkatının əsas dayaq məntəqələrinin yerləşdiyi Bəkaa vadisinə yönəlib. Ölən və yaralananlar arasında qadınlar və uşaqların da olduğu qeyd edilir.

Daha əvvəl yayılan məlumatlarda 23 nəfərin öldüyü və 30-dan çox şəxsin yaralandığı bildirilsə də, sonradan dəqiqləşdirilən rəqəmlərə əsasən itkilərin sayı əhəmiyyətli dərəcədə artıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin