Əraqçi: “Müharibənin bütün cəbhələrdə dayandırılmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür”

2026/05/1777642348.jpg
Oxunub: 217     21:51     19 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı öhdəlik və məsuliyyət ABŞ-nin üzərinə düşür.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı zamanı regiondakı vəziyyəti müzakirə edib. İranlı nazir vurğulayıb ki, qarşılıqlı anlaşma memorandumunun hər hansı şəkildə pozulması ABŞ-yə qarşı yönəlmiş addım kimi qiymətləndiriləcək.

O, belə halların mümkün nəticələri və təsirləri barədə xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, Tehran əldə olunmuş razılaşmaların qorunub saxlanılması və bölgədə sabitliyin təmin edilməsi ilə bağlı məsuliyyəti Vaşinqtonun üzərinə qoyur.

Əraqçi hesab edir ki, regionda gərginliyin azaldılması və mövcud razılaşmaların icrası üçün ABŞ öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   ABŞ   İran  


Bizi "telegram"da izləyin