Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Zelenskinin sözlərinə görə, həmin infrastruktur Ukrayna şəhərlərinə qarşı həyata keçirilən Rusiya hücumlarının koordinasiyasında istifadə olunur.
Ukrayna lideri bildirib ki, sərhədyanı rayonlar da daxil olmaqla Ukrayna şəhərlərinə endirilən zərbələr Belarus ərazisində yerləşən müəyyən obyektlərin dəstəyi ilə həyata keçirilir. Onun fikrincə, bu amil mülki şəxslərin həlak olmasına səbəb olur.
Zelenski vurğulayıb ki, Rusiya Belarusu müharibəyə cəlb etmək siyasətini davam etdirir. O qeyd edib ki, Lukaşenko öz ərazisindən istifadənin məhdudlaşdırılması və Ukrayna tərəfinin iddiasına görə Rusiya qoşunlarının istifadə etdiyi resursların təminatının dayandırılması üçün addımlar ata bilər.
Ukrayna Prezidenti xəbərdarlıq edib ki, əgər bu tədbirlər həyata keçirilməzsə, Ukrayna məsələ ilə bağlı müstəqil şəkildə hərəkət edəcək.
Sevinc Əliyeva
Ordu.az