Ordu.az xəbər verir ki, bununla bağlı ROKETSAN və “EM&E Group” arasında Parisdə keçirilən “Eurosatory 2026” sərgisi çərçivəsində Anlaşma Memorandumu imzalanıb.
ROKETSAN-ın rəsmi X hesabında yayımlanan açıqlamada bildirilib ki, bu əməkdaşlıq qabaqcıl texnologiyalarla əməliyyat təcrübəsini bir araya gətirərək müasir döyüş meydanının təhlükəsizlik tələblərinə cavab verən yüksək performanslı sistemlərin yaradılmasını hədəfləyir.
İlk dəfə SAHA 2026 sərgisində təqdim olunan CİRİT Antidron sistemi döyüş şəraitində özünü doğrultmuş CİRİT lazerlə idarə olunan raketinin yeni versiyasıdır və pilotsuz uçuş aparatlarına qarşı istifadə edilən yüksək xərc tələb edən hava hücumundan müdafiə raketlərinə alternativ hesab olunur.
Bu sistem sayəsində hava təhdidlərinə qarşı daha bahalı platforma və sursatların tətbiqinə keçməzdən əvvəl uyğun nişanalma məsafəsində hədəfin CİRİT antidron raketi ilə effektiv şəkildə məhv edilməsi mümkün olur.
Yeni versiya yaxınlaşma sensoru və Antidron döyüş başlığı ilə təchiz edilib.
CİRİT Antidron raketi ilə standart CİRİT raketi arasında bir sıra fərqlər mövcuddur. Bu fərqlərdən biri raketin yaxınlaşma sensoru ilə təchiz edilməsidir.
Məlumata görə, raketin təhvili artıq başlanıb. Gələcəkdə isə onun helikopter platformalarına inteqrasiyası və bununla da helikopterlərə “hava-hava” raketi imkanlarının qazandırılması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az