Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı müzakirə olunub

2026/06/1782660215.jpg
Oxunub: 251     17:36     28 İyun 2026    
Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) Müdafiə və Təhlükəsizlik Baş İdarəsinin direktoru general-leytenant İlkaay Altındağ Fransanın Silahlı Qüvvələr və Veteranlarla İş üzrə Nazirliyinin (SQVİN) nümayəndəsi Alis Rufo ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə MMN məlumat yayıb.

Görüşdə Türkiyə-Fransa müdafiə əməkdaşlığı müzakirə olunub. "Ankarada keçiriləcək NATO Sammitinin hazırlıqları ilə qlobal və regional təhlükəsizlik gündəliyində yer alan başlıca məsələlər barədə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

Hər iki ölkənin ortaq gündəliyində yer alan regional məsələlərdə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fransa  


Bizi "telegram"da izləyin