Medvedev: “Rusiya ilə əlaqələrin qırılması Ermənistan vətəndaşları üçün qaçılmaz ağır nəticələrə gətirib çıxaracaq”

2026/06/1782314982.jpg
Oxunub: 288     13:02     28 İyun 2026    
“Rusiya ilə formalaşmış əlaqələrin qırılması Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır nəticələrə səbəb olacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, “Qərb Ermənistana yalnız Rusiya ilə mübarizə aləti kimi yanaşır və Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün siyasi qüvvələrin siyasi səhnədən uzaqlaşdırılmasında maraqlıdır”.

“Onilliklər ərzində formalaşmış əlaqələrin qırılmasının sıravi vətəndaşlar üçün yaradacağı qaçılmaz ağır nəticələr Avropa İttifaqını qətiyyən maraqlandırmır”, - deyə Medvedev vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin