İsrail ordusu Suriya ərazisində silahlı şəxslərin məhv edildiyini açıqlayıb

2026/06/1782630249.jpg
Oxunub: 295     11:02     28 İyun 2026    
İsrail ordusu (SAXAL) ötən gün Suriyanın cənubunda bir neçə silahlı şəxsin zərərsizləşdirildiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilib.

SAXAL-ın məlumatına görə, “Etsioni” briqadasının ehtiyatda olan hərbçiləri “İsrailin bufer zonası” daxilində yerləşən silahlı şəxslərə atəş açaraq onları məhv ediblər.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats bildirmişdi ki, İsrail qüvvələri Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında “müddətsiz” qalacaq.

İsrail qoşunları 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın cənubunda yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   SAXAL   Suriya  


Bizi "telegram"da izləyin