Türkiyənin freqatı ABŞ-nin hərbi bazasına çatıb

2026/06/1781624265.jpg
Oxunub: 219     19:24     16 İyun 2026    
Türkiyənin "TCG Oruçreis" freqatı ABŞ-nin qurulmasının 250-ci ildönümü tədbirləri çərçivəsində icra ediləcək "FLEETEX-250/2026" təlimində iştirak etmək üçün 14-21 iyun tarixləri arasında Norfolk Dəniz Bazasına liman səfəri həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"TCG Oruçreis freqatı, 14 iyun 2026-cı il tarixində Hərbi Filo Komandanı kontr-admiral Mehmet Baybars Küçükatay, Norfolk Türk Baş Zabiti general-mayor Hayrettin Koca və Vaşinqton Dəniz Attaşesi Haluk Orhon tərəfindən qarşılanıb", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Freqat   ABŞ  


Bizi "telegram"da izləyin