Ordu.az xəbər verir ki, bu barədə "DPA" agentliyi xəbər verib.
"Bu günlərdə PUA-lar üzrə fəaliyyət planı hazırlayırıq", - deyə müdafiə naziri Frislandiyada (Aşağı Saksoniya vilayəti) qoşunları ziyarət edərkən bildirib.
Nazir qeyd edib ki, bu plan artıq həyata keçirilməkdə olan bir sıra tədbirləri əhatə edir. "Bu o deməkdir ki, onilliyin sonuna qədər bu sektora təxminən 16 milyard avro investisiya qoymağı planlaşdırırıq", - deyə nazir vurğulayıb.
"Biz kəşfiyyat dronları, hücum dronları, eləcə də dron hücumlarını dəf edə bilən aktivlər - yəni bütün spektri alırıq", - deyə o bildirib.
Ordu.az