Almaniya XİN rəhbəri Ukrayna ilə bağlı danışıqların bu yay başlaya biləcəyini açıqlayıb

2026/06/1781623906.jpg
Oxunub: 201     19:29     16 İyun 2026    
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynada müharibənin dayandırılması ilə bağlı yeni danışıqların başlanması üçün imkan yarandığını və Rusiya Prezidenti Vladimir Putinin dialoqa daha açıq mövqe nümayiş etdirə biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Vadeful bu barədə RTL telekanalının “Nachtjournal Spezial” proqramında danışıb.

“Mən hesab edirəm ki, indi bu yay danışıqlara başlamaq üçün imkan var”, - deyə Almaniyanın xarici işlər naziri qeyd edib.

Putin barədə danışan Vadeful əlavə edib: “Ola bilsin ki, o, hazırda bunu ciddi şəkildə düşündüyü bir mərhələdədir”.

Nazir bildirib ki, hərbi baxımdan hazırda tərəflərdən heç biri həlledici üstünlük əldə etmir.

“Baş verən yeganə şey insanların ölməsidir. Hər gün”, - deyə Vadeful vurğulayıb.

Almaniyanın xarici işlər naziri eyni zamanda Belarus Prezidenti Aleksandr Lukaşenkonun daha əvvəl səsləndirdiyi fikirlərə də münasibət bildirib. Lukaşenko qeyd etmişdi ki, nə Rusiya, nə də Ukrayna müharibədə hərbi yolla qələbə qazana bilməz.

Vadeful bu açıqlamanı “Putinin çox yaxın müttəfiqinin diqqətçəkən bəyanatı” adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin