Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Hakan Fidan İran və ABŞ arasında əldə olunmuş razılaşma ilə bağlı proseslərin müsbət nəticə ilə yekunlaşacağına ümid etdiyini bildirib.
Türkiyəli nazir razılaşmanı pozmağa yönəlmiş təxribatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayaraq Türkiyənin regionda sülhün, əmin-amanlığın və sabitliyin möhkəmləndirilməsinə töhfələrini qətiyyətlə davam etdirəcəyini qeyd edib.
Əraqçi ABŞ ilə İran arasında aparılan danışıqlar prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkür edib.
Xatırladaq ki, bu gün ABŞ və İran arasında razılaşma əldə edilib və imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
Ordu.az