Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qrupun yaydığı bəyanatda bildirilir ki, onlar kibertəhlükəsizlik sahəsində fəaliyyət və əməliyyatlarla bağlı məlumatları əldə etməyə nail olublar.
Məlumata görə, hakerlərin ixtiyarına operativ və kəşfiyyat fəaliyyəti ilə əlaqəli materialların da keçdiyi iddia olunur.
Qrup əldə edildiyi bildirilən məlumatların həcmi və məzmunu barədə əlavə təfərrüat açıqlamayıb.
İsrail tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
Sevinc Əliyeva
Ordu.az