BMC “Eurosatory 2026” sərgisində müdafiə həllərini nümayiş etdirəcək

2026/06/1781195823.jpg
Oxunub: 245     20:33     11 İyun 2026    
Türkiyənin hərbi və kommersiya təyinatlı nəqliyyat vasitələri istehsalçılarından olan BMC Fransanın paytaxtı Parisdə keçiriləcək “Eurosatory 2026” sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, iyunun 15-dən 19-dək “Paris-Nord Villepinte” sərgi mərkəzində təşkil olunacaq tədbirdə şirkət özünün texnoloji həllərini və müdafiə sistemlərini beynəlxalq auditoriyaya təqdim edəcək.

Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri hesab olunan “Eurosatory” çərçivəsində BMC müxtəlif ölkələrdən gələn hərbi nümayəndə heyətləri və rəsmi şəxslərlə görüşlər keçirəcək.

Şirkət sərgidə iştirak etməklə beynəlxalq əməkdaşlıqlarını genişləndirməyi və Avropa bazarındakı mövqeyini gücləndirməyi hədəfləyir.

Fransa Müdafiə Nazirliyi və COGES şirkətinin birgə təşkil etdiyi “Eurosatory” sərgisi 1967-ci ildən etibarən iki ildən bir keçirilir və müdafiə sənayesinin ən nüfuzlu tədbirlərindən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMC   Eurosatory-2026  


Bizi "telegram"da izləyin