Qalibaf: "İmpulsiv qərarlar sonsuz bir bataqlıq yaradacaq"

2026/04/1775835779.jpg
Oxunub: 179     19:53     11 İyun 2026    
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında baş verənlədən narahatlığını ifadə edib.

Ordu.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Yanlış strategiyalar və impulsiv qərarlar bütün lövhəni ən pis tərəfə çevirəcək, enerji infrastrukturunu və bazarları partladacaq və içində illərlə ilişib qalacağınız sonsuz bir bataqlıq yaradacaq", - Qalibaf bildirib və əlavə edib ki, hər kəs başqa bir İran görəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Xarq adasını ələ keçirmək niyyətində olduğunu bildirib. İrana qarşı quru əməliyyatına gəlincə, Ağ Ev rəhbəri belə bir niyyətinin olmadığını qabardıb.

Xatırladaq ki, ABŞ ilə İran arasında gedən danışıqlar prosesi fonunda Birləşmiş Ştatların "Apache" helikopterinin vurulmasından sonra gərginlik yenidən artıb. Belə ki, əvvəlcə helikopterin qəzaya uğradığı bildirilsə də, Tramp "Apache"nin İran tərəfindən vurulduğunu iddia edib və bu, İslam Respublikasına hücum üçün əsas sayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalibaf   ABŞ   İran  


Bizi "telegram"da izləyin