İran İlon Maskın şirkətlərini potensial hədəflər siyahısına daxil edə bilər

2026/02/1770610098.jpg
Oxunub: 219     19:17     11 İyun 2026    
İranın Yaxın Şərqdə İlon Maskın rəhbərlik etdiyi şirkətlərlə əlaqəli iqtisadi aktiv və infrastruktur obyektlərini potensial hədəflər siyahısına daxil etmək imkanını nəzərdən keçirdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu məsələ İran tərəfinin ABŞ və İsrail hərbçilərinin “SpaceX” şirkətinə məxsus infrastrukturdan, o cümlədən “Starlink” peyk rabitə sistemindən istifadə etdiyinə dair iddiaları fonunda müzakirə olunur.

Məqalədə qeyd olunur ki, “Starshield” layihəsi və “SpaceX”in digər kosmik proqramları daha əvvəl ABŞ-nin hərbi sifarişlərinin icrasında iştirak edib. Bu layihələr peyk kəşfiyyatı, şifrələnmiş rabitə və məlumat ötürülməsi imkanları təqdim edib.

Tehranın nəzərdən keçirdiyi obyektlər arasında İsrail, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən “Starlink” yerüstü stansiyaları da yer alır. Həmçinin “SpaceX”ə investisiya yatıran şirkətlərlə əlaqəli infrastrukturun da diqqət mərkəzində olduğu bildirilir.

Agentliyin mənbəsi ABŞ-nin İlon Maskla əlaqəli şirkətlərin dəstəyi ilə İranın cənubundakı su infrastrukturuna qarşı hücumlarda iştirak etdiyini iddia edib. Onun sözlərinə görə, İran İslam Respublikası regionda Maskın biznes strukturları ilə əlaqəli obyektlərə qarşı tədbirlər görmək hüququnu özündə saxlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Mask  


Bizi "telegram"da izləyin