“Al Jazeera”: İranda müharibə səbəbindən neft dünyanın təxminən 150 ölkəsində bahalaşıb

2026/06/1780328805.jpg
Oxunub: 257     17:44     11 İyun 2026    
İranda hərbi əməliyyatların başlaması və Hörmüz boğazının bağlanması dünya üzrə yanacaq qiymətlərinin artmasına səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, fevralın sonundan etibarən ən azı 146 ölkədə benzin qiymətlərində artım qeydə alınıb.

“Al Jazeera”nın apardığı təhlilə əsasən, daha 95 ölkədə yanacağın bahalaşması ABŞ və İsrailin fevralın 28-də İran istiqamətində endirdiyi zərbələrdən sonra müşahidə olunub.

Məlumatda qeyd edilir ki, bir sıra ölkələrdə yanacaq qiymətləri yalnız ayın sonunda yenidən hesablandığından, aprel ayında bahalaşmanın coğrafiyasının daha da genişlənəcəyi gözlənilir.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazında yaranmış vəziyyət və regiondakı gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərməkdə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə  


Bizi "telegram"da izləyin