Estoniya Rusiya sərhədində daha 10 kilometrlik tank əleyhinə xəndək qazıb

2026/06/1781184119.jpg
Oxunub: 282     17:23     11 İyun 2026    
Estoniya hərbçiləri son iki ay ərzində Rusiya ilə sərhəddə yerləşən Pskov istiqamətində daha 10 kilometr uzunluğunda tank əleyhinə xəndəklər qazıblar.

Ordu.az xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Estoniyanın cənub-şərq sərhədində, Rusiya ilə həmsərhəd ərazilərdə iki ay ərzində 10 kilometrlik tank əleyhinə müdafiə xətti yaradılıb.

Bildirilir ki, Setomaa bölgəsində yerləşən bəzi hissələr əlavə olaraq “əjdaha dişləri” adlandırılan tank əleyhinə maneələrlə möhkəmləndirilib.

Qəzet yazır ki, Estoniya yalnız bir müdafiə xətti ilə kifayətlənmək niyyətində deyil və zərurət yaranacağı halda əlavə maneələr və müdafiə qurğuları yaratmağa hazırdır.

Məlumata görə, bu tədbirlər ölkənin şərq sərhədinin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin