Türkiyə İran və ABŞ-ni danışıqlara qayıtmağa çağırıb

2026/06/1781183777.jpg
Oxunub: 232     17:11     11 İyun 2026    
Ankara ABŞ və İranı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Fidan qeyd edib ki, tərəflər qarşılıqlı zərbələri mümkün qədər tez dayandırmalı, yenidən danışıqlara başlamalı və razılaşma mətninin hazırlanmasını yekunlaşdırmalıdırlar.

“Biz tərəflərə tövsiyə edirik ki, qarşılıqlı zərbələri mümkün qədər tez dayandırsınlar, danışıqlara qayıtsınlar və üzərində işlədikləri razılaşma mətnini tamamlasınlar”, - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, son günlər danışıqlar elə mərhələyə çatmışdı ki, sənədin bəzi hissələrində cəmi bir neçə məqamın dəqiqləşdirilməsi qalırdı.

Fidan bildirib ki, hazırda müşahidə olunan qarşılıqlı hücumlar vəziyyətin daha da gərginləşməsi təhlükəsini yaradır və bu, Ankarada ciddi narahatlıq doğurur.

“Hərbi əməliyyatların genişlənməsi və gərginliyin artması heç kimə fayda verməyəcək”, - deyə Türkiyənin xarici işlər naziri əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   ABŞ  


Bizi "telegram"da izləyin