Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, diplomat təxminən iki həftə əvvəl şəhərdəki hotellərdən birində ölü vəziyyətdə tapılıb.
ABŞ Dövlət Departamenti məlumatı təsdiqləsə də, hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Agentliyin bildirdiyinə görə, diplomatın ölümü ilə əlaqədar Tailand vətəndaşı olan bir qadın saxlanılıb.
Yerli hüquq-mühafizə orqanları hadisəni qətl ehtimalı üzrə araşdırır və istintaq tədbirləri davam etdirilir.
Sevinc Əliyeva
Ordu.az