Avropa İttifaqı iyunun sonuna qədər Kiyevə PUA-lar üçün 5,9 milyard avro ayıracaq

2025/12/1764677977.jpg
Oxunub: 260     16:47     08 İyun 2026    
Avropa İttifaqı iyunun sonuna qədər Ukraynaya ayrılan 90 milyard avroluq maliyyə proqramının ilk tranşı çərçivəsində 5,9 milyard avro vəsait köçürməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi toplantısının yekunlarına dair mətbuat konfransında bildirib.

Kallasın sözlərinə görə, Ukrayna bu ay ərzində 90 milyard avroluq kredit proqramından ayrılan ilk 5,9 milyard avroluq vəsaiti əldə edə biləcək.

O qeyd edib ki, ayrılacaq maliyyə əsasən pilotsuz uçuş aparatlarının istehsalı və satın alınmasına yönəldiləcək.

Avropa İttifaqı rəsmisi vurğulayıb ki, bu addım Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədi daşıyır və ayrılan vəsaitin böyük hissəsi pilotsuz sistemlər sahəsinə sərf olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin