Pakistanın daxili işlər naziri Əraqçiyə İranın ali rəhbəri üçün xüsusi məktub təqdim edib

2026/04/1776934668.jpg
Oxunub: 252     17:04     07 İyun 2026    
Pakistanın daxili işlər naziri Seyid Möhsin Nəqvi İranın xarici işlər naziri Abbas Əraqçiyə İranın ali rəhbəri Müctəba Xameneyi üçün ünvanlanmış xüsusi məktub təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Pakistanlı nazirin sözlərinə görə, məktub Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Münir və Baş nazir Şahbaz Şərif tərəfindən göndərilib və regionda yaranmış mövcud vəziyyətlə bağlıdır.

“Mən İran İslam Respublikasının rəhbərinə feldmarşal Asim Münir və Baş nazir Şahbaz Şərifin xüsusi məktubunu çatdırmaq üçün gəlmişəm. Mən bunu mühüm mesaj hesab edirəm və ümid edirəm ki, hər şey müsbət nəticə ilə yekunlaşacaq”, - deyə Nəqvi bildirib.

İran agentliyinin məlumatına görə, pakistanlı nazirin səfəri İslamabadın Tehran və Vaşinqton arasında dialoqu təşviq etmək və tərəflər arasında razılaşmaların əldə olunmasına yardım göstərmək məqsədi daşıyan diplomatik səylərinin bir hissəsidir.

Nəqvi şənbə günü Tehrana gedib və İranın daxili işlər naziri İsgəndər Mömini ilə də danışıqlar aparıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin