Yunanıstanda terror aktı hazırlamaqda şübhəli bilinən fələstinli saxlanılıb

2026/06/1780836556.jpg
Oxunub: 260     16:50     07 İyun 2026    
Yunanıstan polisi HƏMAS-la əlaqələri və terror aktı hazırlamaq şübhəsi ilə Fələstinin 37 yaşlı vətəndaşının saxlanıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Şübhəli şəxs şənbə günü Krit adasında saxlanılıb. O, adadakı hotellərdən birində çalışırdı. Polisin məlumatına görə, mövcud məlumatlar onun yaxın vaxtlarda Kiprdə terror fəaliyyəti ilə bağlı saxlanılmış şəxslərlə əlaqələrinin olduğunu göstərir.

Hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunub ki, saxlanılan şəxs ehtimal ki, HƏMAS tərəfindən təşkil edilmiş hazırlıq kursu keçib. Yunanıstan KİV-lərinin məlumatına görə, mümkün hədəflərdən biri çərşənbə axşamı Kritə gəlməsi gözlənilən İsrailə məxsus kruiz gəmisi ola bilərdi. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

ERT dövlət televiziyası bildirib ki, həmin şəxs Afinanın mərkəzində mənzil kirayələyib.

Mənzildə aparılan axtarış zamanı polis laboratoriya avadanlıqları və kimyəvi maddələr aşkarlayıb. Telekanalın məlumatına görə, bu materiallar partlayıcı qurğuların hazırlanmasında istifadə oluna bilər.

Hazırda istintaq davam etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HƏMAS   Terror  


Bizi "telegram"da izləyin