“Hraparak”: Paşinyan Ermənistan MTX-yə etibar etmir

2026/05/1780033212.jpg
Oxunub: 334     09:37     29 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın şübhələri və narahatlıqları son dövrlərdə daha da artıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Paşinyan özündən başqa demək olar ki, heç kimə tam etibar etmir. Hətta onun müxtəlif tədbir və məclislərdə iştirak edərkən şəxsi xidmətçisini də özü ilə apardığı qeyd olunur.

Qəzetin məlumatına əsasən, Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin apardığı sorğulara da tam güvənmir və seçkilər ərəfəsində vəziyyəti daha dəqiq anlamaq, gələcək addımlarını müəyyənləşdirmək üçün ayrıca sorğular sifariş edir.

“Paşinyan seçkilərdə daha yüksək nəticələr əldə edəcəyini gözləyir və ehtimal olunur ki, Milli Təhlükəsizlik Xidmətinin sorğularının nəticələri onun gözləntilərini doğrultmadığı üçün əlavə araşdırmalar aparmağa üstünlük verir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   MTX  


Bizi "telegram"da izləyin