Ermənistan KİV-i: Bir gün ərzində yüzdən çox axtarış aparılıb

2026/02/1771614716.jpg
Oxunub: 295     09:33     29 May 2026    
“Ermənistanda Baş nazir Nikol Paşinyan və hakim komanda bir tərəfdən özlərini ölkənin ən güclü siyasi qüvvəsi kimi təqdim edirlər, digər tərəfdən isə siyasi rəqiblərinə qarşı təzyiq və təqibləri davam etdirirlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, xüsusilə iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının nümayəndələrinə qarşı təzyiqlər davam edir.

Qəzet bildirir ki, mayın 25-də “Güclü Ermənistan” Partiyasının nümayəndələrinin Taşirə səfəri günü şəhərdə bir neçə saat ərzində yüzdən çox ünvanda axtarış aparılıb. Həmçinin bir sıra şəxslərin polisə aparıldığı qeyd olunur.

“Hüquq-mühafizə orqanları bu kütləvi axtarışlarla bağlı heç bir rəsmi məlumat yaymayıblar. Bu hal axtarışların əsassız olması və əsas məqsədin insanları qorxutmaq, onları müxalif siyasi qüvvənin toplantılarında iştirak etməkdən çəkindirmək olduğunu göstərir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Axtarış  


Bizi "telegram"da izləyin