ABŞ İranın Hörmüz boğazına nəzarət edən quruma sanksiya tətbiq edib

2026/05/1779948718.jpg
Oxunub: 353     09:59     28 May 2026    
ABŞ Maliyyə Nazirliyi İranın Hörmüz boğazına nəzarət edən qurumuna sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə mayın 27-də ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yerləşdirilib.

Açıqlamada sanksiyaların antiterror xarakterli olduğu bildirilib.

Qeyd olunub ki, Hörmüz boğazına nəzarət edən qurum İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Hörmüz  


Bizi "telegram"da izləyin