Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib

2026/05/1779945339.jpg
Oxunub: 324     09:06     28 May 2026    
Ukraynanın bütün ərazisində Rusiyaya məxsus “MiQ-31K” qırıcı təyyarəsinin havaya qalxması səbəbindən hava həyəcanı elan edilib.

Ordu.az xəbər verir ki, bu barədə TSN telekanalı məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən yayılan xəbərdarlıqda bildirilib ki, bütün ölkə üzrə raket təhlükəsi mövcuddur və “MiQ-31K” təyyarəsinin uçuşu qeydə alınıb.

Məlumata görə, monitorinq kanalları havada iki “MiQ-31K” təyyarəsinin olduğunu bildirib. Həmçinin “Kinjal” aerobalistik raketinin buraxılması və ya buraxılış imitasiya təhlükəsi barədə xəbərdarlıq edilib.

Daha sonra “Kinjal” raketinin Çerniqov vilayəti üzərindən Kiyev vilayəti istiqamətində hərəkət etdiyi açıqlanıb.

Qeyd olunub ki, “MiQ-31K” qırıcı təyyarəsinin uçuşu ilə əlaqədar elan edilən hava həyəcanı X-47M2 “Kinjal” aerobalistik raketlərinin buraxılması təhlükəsinin mövcudluğunu göstərir. “MiQ-31K” təyyarəsi 2000 kilometrədək məsafədə yerləşən hədəfləri məhv etmək imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hava-həyəcanı  


Bizi "telegram"da izləyin