ABŞ İranın ərazisinə yeni zərbələr endirib

2026/03/1774076489.jpg
Oxunub: 685     03:32     28 May 2026    
ABŞ Silahlı Qüvvələri cümə axşamı gecəsi İran ərazisində yerləşən naməlum obyektə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın ABŞ rəsmisinə istinadən verdiyi xəbərə görə, hədəf ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan obyekt olub.

Məlumatda obyektin növü, yerləşdiyi yer və zərbələrin nəticələri açıqlanmayıb.

Bundan başqa, CNN-in məlumatına görə, ABŞ hərbçiləri İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatlarını da vurub.

Eyni zamanda “Axios” portalının jurnalisti Barak Ravid amerikalı yüksək vəzifəli rəsmiyə istinadən hadisənin təfərrüatlarını açıqlayıb.

“İran ABŞ-yə məxsus kommersiya gəmisinin istiqamətinə dörd kamikadze pilotsuz uçuş aparatı buraxıb. ABŞ hərbçiləri pilotsuz uçuş aparatlarını vurub və onlar buraxılmamışdan əvvəl İranın daha bir pilotsuz uçuş aparatları buraxılış məntəqəsinə hücum edib”, - deyə Ravid “X” sosial şəbəkəsində yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin