Rubio Kubanı “bacarıqsız kommunist rejim” və ABŞ-nin milli təhlükəsizliyinə təhdid adlandırıb

2026/05/1779909658.jpg
Oxunub: 398     23:19     27 May 2026    
ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü keçirilən Nazirlər Kabinetinin iclasında bildirib ki, “Kuba ciddi problemlərlə üzləşib” və böhranın məsuliyyətini ada dövlətinin rəhbərliyinin üzərinə qoyub.

Ordu.az xəbər verir ki, Rubio Havana rəhbərliyini “bir ovuc bacarıqsız kommunist” kimi xarakterizə edib.

“Kommunist olmaq pisdir, amma bacarıqsız kommunist olmaq yəqin ki, daha pisdir”, - deyə Rubio istehza ilə bildirib.

Bununla yanaşı, ABŞ diplomatiyasının rəhbəri Vaşinqtonun Kuba hakimiyyəti ilə əlaqə kanallarını saxlamaq niyyətində olduğunu və “müsbət nəticəyə” nail olmağa ümid etdiyini qeyd edib.

Rubio vurğulayıb ki, ABŞ öz sərhədlərinin yaxınlığında çökməkdə olan dövlətin yaranmasına imkan verə bilməz.

“Bizim sahillərimizdən cəmi 90 mil məsafədə uğursuz dövlətin mövcudluğu ABŞ-nin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Kuba  


Bizi "telegram"da izləyin