Ordu.az xəbər verir ki, Vilayəti bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“İranın “qırmızı xətti” aydındır. Bu dəfə kağızlar və imzalar təminat deyil. Coğrafiya yalan danışmır və istənilən yazılı müqavilənin son hakimi məhz odur”, - deyə Vilayəti qeyd edib.
O bildirib ki, Makedoniyalı İsgəndərdən və Çingiz xandan Donald Trampa qədər bütün işğalçılar sonda İran sivilizasiyası tərəfindən “həzm olunublar”.
“Milli özünüdərk və suverenliyi neft dollarları ilə almaq mümkün deyil”, - deyə Vilayəti vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az