Paşinyanın keçmiş yüksək vəzifəli mühafizəçisi müxalifətə hansı məlumatları ötürüb?

2026/05/1779860744.jpg
Oxunub: 320     09:47     27 May 2026    
Ermənistanda müxalifət düşərgəsinə Nikol Paşinyanın təhlükəsizlik sistemində çalışmış keçmiş yüksək vəzifəli şəxslərdən birinin müəyyən məlumatlar ötürdüyü iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri yazıb.

Nəşrin məlumatına görə, müxalif qüvvələrdən birinin qərargahına Paşinyanın təhlükəsizlik sistemində əvvəllər yüksək vəzifə tutmuş zabitlərdən birinin diqqətçəkən məlumatlar ötürdüyü barədə informasiya daxil olub.

“Ötürülən məlumatlar, xüsusilə də müxalifət lideri onları seçki kampaniyasının son günündə açıqlamaq qərarına gəlsə, ciddi siyasi rezonans doğura bilər. Görünür, yalnız ictimaiyyət üçün deyil, həm də Nikol Paşinyanın yaxın ətrafı üçün xoşagəlməz sürpriz hazırlanır”, - deyə nəşr bildirib.

Məqalədə qeyd olunub ki, hazırkı seçkilər yalnız proqram və ideyaların mübarizəsi deyil, həm də kompromat savaşına çevrilib.

“Hər kəs imkan daxilində müxtəlif mənbələrdən informasiya əldə etməyə və onu ictimailəşdirməyə çalışır”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin