Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, müxtəlif siyasi qüvvələrin təqdim etdiyi və ictimaiyyətə açıqlanan sosioloji sorğuların ümumi mənzərəsi göstərir ki, seçicilərin əhəmiyyətli hissəsi hələ də seçkilərdə iştirak etmək istəmir.
“Eyni zamanda, müxtəlif mərkəzlərin sorğularının nəticələrinə əsasən, hazırkı mərhələdə heç bir siyasi qüvvə təkbaşına sabit parlament çoxluğu formalaşdıra bilməz.
İyunun 7-dən sonra hökumətin formalaşdırılması bir neçə mümkün ssenaridən asılı ola bilər: koalisiyaların və seçkidən sonrakı siyasi birliklərin yaradılması, keçid həddini aşa bilməyən qüvvələrin səslərinin bonus sistemi mexanizmləri ilə yenidən bölüşdürülməsi və ya seçkilərin ikinci turunun keçirilməsi”, - deyə nəşr bildirib.
Qeyd olunub ki, seçkilərin nəticələri daha çox seçkidən sonrakı siyasi proseslərdən, hansı qüvvələrin birləşəcəyindən və bonus mexanizmlərinin necə işləyəcəyindən asılı olacaq.
“Bu fonda seçkilərdən sonra Ermənistanda siyasi sabitlik məsələsi açıq və həssas mövzu olaraq qalır”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az