Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “SpaceX” şirkətinin baş direktoru İlon Mask və “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq də daxil olmaqla texnologiya sahəsinin aparıcı nümayəndələri Trampa administrasiyanın təklif etdiyi yeni təhlükəsizlik yoxlama sisteminin ABŞ iqtisadiyyatının əsas texnologiyalarından birinin inkişafına mane ola biləcəyini bildiriblər.
Qəzetin yazdığına görə, Tramp Ağ Ev artıq aparıcı texnologiya şirkətlərinin rəhbərlərinə imzalanma mərasimi üçün dəvət göndərdikdən sonra sərəncamı imzalamaqdan imtina edib.
Bildirilib ki, Silikon Vadisinin bəzi nümayəndələri artıq Vaşinqtona yola düşdüyü vaxt Tramp Oval kabinetdə jurnalistlərə sərəncamın ləğv edildiyini açıqlayıb.
ABŞ Prezidenti qərarını sənədin mövcud formasının onun xoşuna gəlməməsi ilə əsaslandırıb.
Trampın sözlərinə görə, sərəncam süni zəkanın inkişafına maneə yarada və ABŞ iqtisadiyyatının üstünlüklərinə mənfi təsir göstərə bilər.
Sevinc Əliyeva
Ordu.az