"Kəlbəcərdə baş verən mina hadisələri nəticəsində 8 nəfər ölüb, 43 nəfər yaralanıb" - Xüsusi nümayəndə

2024/07/besir-1719836958.jpg
Oxunub: 305     18:18     21 May 2026    
Kəlbəcər şəhəri mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olub. Buna görə də tikinti və yenidənqurma işlərinin ilk və ən vacib mərhələsi mina təmizləmə əməliyyatlarıdır.

Ordu.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol” adlı tədbirdə deyib.

B.Hacıyev bildirib ki, ərazilərin təhlükəsiz vəziyyətə gətirilməsi həm yeni yaşayış məntəqələrinin və infrastrukturun qurulması, həm də məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

“2020–2023-cü illər ərzində Azərbaycan üzrə ümumilikdə 270 min hektardan çox ərazi, Kəlbəcər rayonu üzrə isə minlərlə hektar ərazi minalardan təmizlənib. 2021-ci ildən etibarən mina və partlayıcı sursat hadisələri nəticəsində ölkə üzrə yüzlərlə insan zərər çəkib. Onlardan onlarla insan həyatını itirib, yüzlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu statistikanın mühüm hissəsi Kəlbəcərin payına düşür. Rayonda baş verən mina hadisələri nəticəsində səkkiz nəfər həlak olub, 43 nəfər yaralanıb və ümumilikdə 51 nəfər zərərçəkən qeydə alınıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Mina  


Bizi "telegram"da izləyin