Ordu.az xəbər verir ki, o, döyüşlər zamanı İrpenin infrastrukturunun 70 faizinin məhv edildiyini, minlərlə insanın evsiz qaldığını söyləyib:
"Ümumilikdə, 3860 obyekt zədələnmiş və ya tamamilə dağıdılmışdı. Bu, faktiki olaraq İrpenin yaşayış fondunun yarısı demək idi. 37 çoxmərtəbəli bina yaşayış üçün tam yararsız hesab olunaraq sökülməli idi. Dövlətimiz, beynəlxalq tərəfdaşlarımız və Ukraynanın dostları ilə birlikdə şəhəri yenidən qurmağa başladıq".
A.Makeyeva deyib ki, İrpenin bərpası beynəlxalq tərəfdaşların mühüm dəstəyi sayəsində mümkün oldu:
"Şəhərin bərpasına 20-dən çox təşkilat qoşuldu. Bütün tərəfdaşlarımız arasında Azərbaycan İrpenin qəlbində xüsusi yer tutur. Zərifə Əliyevanın xatirəsi şəhərimizdə yaşayır. Onun adı park və məktəbə verilib. Həmin məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə təhsil müəssisəsidir. Azərbaycan hökumətinin dəstəyi sayəsində İrpendə lisey və şəhər poliklinikası yenidən fəaliyyətə başlayıb".
İrpen Şəhər Şurasının katibi vurğulayıb ki, Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə və icmada daha dörd mühüm obyektin bərpasını birlikdə həyata keçirməyə hazırdırlar:
"Zamanın sınağından çıxmış dostluğa görə təşəkkür edirəm".
Ordu.az