Ordu.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol"adlı sessiyada deyib.
O bildirib ki, Çaykənd, Çəpli və Dəlləkli kəndləri üzrə layihələndirmə işləri isə davam edir:
"Kəlbəcər şəhərində 2,42 hektar və 10,1 hektar ərazini əhatə edən inzibati binaların layihələndirmə işləri davam etdirilir.
Eyni zamanda İşğal və Zəfər Muzeyləri Kompleksinin həyata keçirilməsi də planlaşdırılır".
Ordu.az