Erməni siyasi xadim: “Hakimiyyət düşünürdü ki, mənim barəmdə planlaşdırılan addımları elan edəcəklər və mən Ermənistandan qaçacağam”

2026/05/1779368277.jpg
Oxunub: 360     17:50     21 May 2026    
“Hakimiyyət düşünürdü ki, mənim barəmdə planlaşdırılan addımları elan edəcəklər və mən Ermənistandan qaçacağam, bundan sonra da məni müxtəlif ittihamlarla suçlayacaqlar”.

Ordu.az xəbər verir ki, bunu mayın 21-də jurnalistlərlə görüşü zamanı “Çiçəklənən Ermənistan” Partiyasının deputatlığa namizədlər siyahısında ikinci yeri tutan Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, hakimiyyət onu öz ssenariləri ilə hərəkət etməyə məcbur etmək istəyib.

“Məsuliyyət verilmiş qurumlara sual vermək olar: mənə qarşı iş düzəltmək tapşırılmışdı, bəs niyə gecikir? Mən Nikol Paşinyan deyiləm ki, insanları odun içinə atım, sonra da hadisə yerindən qaçım, insanların ölümünə səbəb olum və yenə qaçım”, - deyə müxalif erməni siyasətçi bildirib.

O, bir daha Nikol Paşinyanı dövlətə xəyanətdə ittiham edib və bildirib ki, Paşinyan, onun ifadəsinə görə, mühakimə olunacaq.

Tevanyan qeyd edib ki, heç vaxt gizlətməyib, Ermənistan-Rusiya münasibətlərinin inkişafının tərəfdarıdır.

Erməni siyasətçi bildirib ki, baş nazir aparatının illik büdcəsi 60-65 milyon dollar təşkil edir və son 8 ildə bu rəqəm təxminən yarım milyard dollara çatıb. “Bu pulun yarısı gizli xərclənib. Bu və bir çox başqa suallar aydınlaşdırılmalıdır”, - deyə Tevanyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tevanyan   Ermənistan  


Bizi "telegram"da izləyin