Ordu.az xəbər verir ki, bu barədə "International Real Estate Federation – Ukraine"nin prezidenti Alissa Bankovska Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
O vurğulayıb ki, bərpanı yalnız bərpa edilmiş binaların sayı ilə qiymətləndirmək olmaz.
Onun sözlərinə görə, bu yanaşma "FIABCI Ukraine" (Beynəlxalq Daşınmaz Əmlak Bazarı Peşəkarları Federasiyasının Ukrayna nümayəndəliyi - red.) tərəfindən həyata keçirilən "Rebuild Green 2030" proqramının əsasında dayanır.
Bankovska vurğulayıb ki, proqram bərpa sahəsində praktik həllərin reallaşdırılması ətrafında bələdiyyələri, peşəkarları, icmaları, universitetləri, sahə nümayəndələrini və beynəlxalq tərəfdaşları birləşdirən transformasiya xarakterli bərpa platforması kimi yaradılıb.
O bildirib ki, proqramın birinci mərhələsi bərpa ekosisteminin formalaşdırılmasına - bələdiyyələrin, multidissiplinar komandaların, texnologiyaların, bərpa konsepsiyalarının, tərəfdaşlıqların və pilot layihələrin birləşdirilməsinə yönəldilib.
Ordu.az