Fərid Şəfiyev: "Rusiya-Ukrayna müharibəsi Azərbaycanda tikinti materiallarının bahalaşmasına təsir göstərib"

2026/05/Ekran-1779358083.jpg
Oxunub: 255     13:34     21 May 2026    
Əgər hərbi qarşıdurmalar yaxın zamanda başa çatmasa və qeyri-müəyyənlik davam etsə, bu vəziyyət tikinti xərclərinin daha da artmasına səbəb olacaq.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə deyib.

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan ilkin mərhələdə təxminən 140 min keçmiş sakinin geri qaytarılmasını planlaşdırır, lakin inflyasiya təzyiqləri, minalardan təmizləmə xərcləri və təchizat zəncirində yaranan problemlər yaşayış və infrastruktur layihələrinə mənfi təsir göstərir:

"Azərbaycanda tikinti materiallarının qiymətləri sürətlə artır və 2026-cı ilin əvvəlində ümumi istehsal xərcləri əvvəlki illə müqayisədə təxminən 39,3 % yüksəlib. Bu artıma Rusiya-Ukrayna müharibəsi də təsir edib, çünki Azərbaycan ənənəvi olaraq müəyyən tikinti materiallarını, xüsusilə ağac, dəmir, polad və sementi həmin ölkələrdən idxal edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərid-Şəfiyev   Rusiya   Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin