Xüsusi nümayəndə: "Şuşada daha 3 yaşayış kompleksinin tikintisinə başlanılıb"

2023/02/1675761889.jpg
Oxunub: 328     10:12     19 May 2026    
Şuşada daha 3 yaşayış kompleksinin tikintisinə başlanılıb.

Ordu.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, şəhərin baş planına əsasən, bərpa quruculuq işləri həyata keçirilir:

"Bu gün Şuşada 1400 nəfərə yaxın keçmiş məcburi köçkün yaşayır. Yəni bu say 2024-cü ilin may ayından indiyə qədərki dövrü əhatə edir. Daha 3 yaşayış kompleksinin tikintisi başlayıb. Komplekslər ümumi 43 binadan ibarətdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin