Ordu.az xəbər verir ki, Çalabyan bu barədə “Facebook” səhifəsində yazıb və müraciətin ilk və son səhifələrini paylaşıb.
Onun sözlərinə görə, Nikol Paşinyan mayın 18-də İrəvanın Arabkir inzibati rayonunda keçirilən seçkiqabağı təşviqat zamanı ona yaxınlaşan vətəndaşı kobud şəkildə təhqir edib, həmçinin siyasi rəqiblərinə qarşı açıq zorakılıq çağırışları və təhdidlər səsləndirib.
Çalabyan bildirib ki, müraciətin lazımi qaydada araşdırılması üçün prosesi ardıcıl şəkildə izləyəcək.
O qeyd edib ki, Paşinyanın kobud və hədələyici ifadələrindən özünü təhqir olunmuş hesab edən şəxslər də eyni komissiyaya oxşar müraciət edə bilərlər.
Xatırladaq ki, mayın 18-də İrəvanın Arabkir inzibati rayonunda “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyası zamanı Nikol Paşinyan ilə Qarabağdan könüllü şəkildə köç etmiş erməni qadın həkim arasında insident baş verib.
Erməni tibb elmləri namizədi, mama-ginekoloq Arpine Soğoyan Paşinyana yaxınlaşaraq onu Qarabağı təhvil verməkdə ittiham edib.
Qeyd olunur ki, Soğoyan 44 günlük müharibə zamanı itkin düşmüş tibb xidməti polkovnik-leytenantı Hrant Papikyanın bacısıdır.
Məlumata görə, Paşinyan əsəbiləşərək qışqırmağa başlayıb və Ermənistanın keçmiş prezidentləri, Samvel Karapetyan və Qaqik Tsarukyanın ünvanına təhdidlər səsləndirib.
Alpər Mövludoğlu
Ordu.az