Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Tramp bunu Çindən qayıdarkən prezident təyyarəsində jurnalistlərə deyib.
“Bilirsiniz, mən Kim Çen In ilə çox yaxşı münasibət saxlayıram, olduqca sakit”, - deyə Tramp bildirib.
Jurnalist onunla əlaqə saxlayıb-saxlamadığını soruşduqda, Tramp “Bəli” cavabını verib.
Onların neçə dəfə danışıqlar apardığı soruşulanda isə o deyib: “Bu, önəmli deyil, sizə bunu deməyəcəyəm”.
“Nəzakətlə davranıb. Mən istəyirəm ki, o, nəzakətli olsun. O, ölkəmizə hörmətlə yanaşıb”, - deyə ABŞ Prezidenti əlavə edib.
Tramp həmçinin bildirib ki, Pekinə səfəri zamanı Çin Prezidenti Si Cinpin ilə Şimali Koreya məsələsini müzakirə edib.
Sevinc Əliyeva
Ordu.az