Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Qeyd edilib ki, terrorçular və ekstremistlər reyestrinə daxil edildikdən sonra qrup üzvlərinin hesabları dondurulacaq. Həmin siyahıya düşən şəxslərə öz xərcləri, eləcə də birgə yaşadıqları və öz gəlir mənbəyi olmayan ailə üzvlərinin xərcləri üçün aylıq olaraq yalnız maaş, pensiya və ya təqaüd hesabına məhdud məbləğdə, aylıq 10 min rubl xərcləməyə icazə verilir.
Vəsaitlər vergilərin, cərimələrin və digər öhdəliklərin ödənilməsinə də yönəldilə bilər. Keçən ilin sentyabrında məhkəmə qrupun beş üzvünü qiyabi olaraq islah müəssisəsində 8-13 il azadlıqdan məhrum etməyə məhkum etmişdi. Onlar “ordu haqqında yalan məlumat yaymaqda” təqsirli bilinmişdilər.
Mariya Alyoxinaya qiyabi şəkildə 13 il, Taso Pletnerə 11 il, Olga Borisovaya, Diana Burkot və Alina Petrova isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 2025-ci ilin dekabrında Rusiya Baş Prokurorluğunun iddiası ilə qrupun fəaliyyəti Rusiyada qadağan edilib və o, ekstremist təşkilat kimi tanınıb.
Sevinc Əliyeva
Ordu.az