İsrailin Livana endirdiyi zərbələr nəticəsində azı 2951 nəfər həlak olub

2026/05/1778858391.jpg
Oxunub: 419     19:19     15 May 2026    
Martın 2-dən etibarən İsrailin Livan ərazisinə endirdiyi zərbələr nəticəsində azı 2951 nəfər həlak olub, 8988 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, aprelin ortalarında qüvvəyə minmiş atəşkəs razılaşmasından sonra ölənlərin sayı azı 657 nəfərə çatıb.

Qeyd olunan dövrdə daha 1444 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin