İrana qarşı dəniz blokadası çərçivəsində 75 ticarət gəmisi istiqamətləndirilib

2026/05/1778858100.jpg
Oxunub: 430     19:13     15 May 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı tətbiq edilən dəniz blokadasının təmin olunması çərçivəsində 75 ticarət gəmisi başqa istiqamətə yönləndirilib, daha 4 gəmi isə sıradan çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə CENTCOM “X” sosial şəbəkəsində paylaşım edib.

Komandanlığın məlumatına görə, ABŞ qüvvələri Ərəb dənizində gəmiçilik nəzarəti əməliyyatını davam etdirir.

Məlumatda həmçinin MH-60R “Sea Hawk” helikopterinin USS “Rafael Peralta” (DDG-115) aviadaşıyıcısının göyərtəsindən havaya qalxdığını əks etdirən foto da yayımlanıb.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, əməliyyatın məqsədi ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının qorunmasını təmin etməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   CENTCOM  


Bizi "telegram"da izləyin