Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
“Bu gün burada həyata keçirdiyimiz fəaliyyət məhz budur, Baş Qərargah təlimləri genişmiqyaslı terror hücumundan müdafiəni mürəkkəb ssenarilər və çətin keçilən ərazilərdə imitasiya edir. Sərhədlərimizin və bölgə sakinlərinin müdafiəsi bizim əsas prioritetimizdir”, - deyə Zamir bildirib.
Onun sözlərinə görə, bu mühüm təlim çıxarılan dərsləri və həmin dərslərin tətbiqini əks etdirir.
“Hazırlığımızı gücləndirmək və qəfil hücum ssenariləri qarşısında ayıq-sayıqlığı qorumaq bizim borcumuzdur”, - deyə o qeyd edib.
Əvvəlcədən planlaşdırılmış “Kükürd və Od” adlı təlimlər gecə saatlarında başlayıb və plana əsasən günorta saatlarınadək davam edəcək.
İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, təlimlər zamanı ordunun qəfil operativ ssenarilərə qarşı döyüş hazırlığı səviyyəsi yoxlanılacaq, həmçinin Baş Qərargahdan ön xətdə fəaliyyət göstərən bölmələrədək bütün səviyyələrdə qərargah və qüvvələrin fəaliyyəti məşq etdiriləcək. Xüsusi diqqət İordaniya sərhədində yerləşdirilən 96-cı və 80-ci diviziyalara yönəldilib.
Sevinc Əliyeva
Ordu.az