Ordu.az xəbər verir ki, istifadəçilər ABŞ liderinin çinli rəhbər masadan uzaqlaşdığı zaman onun sənədlərinə sürətlə baxdığını iddia ediblər.
Kadrlarda Si Cinpinin şəxsi qeyd dəftərinin olduğu barədə rəsmi təsdiq yoxdur. Bundan əlavə, belə addımın mənası da az olardı, çünki Çin liderinin sənədlərində yazılanların çin dilində olduğu aydındır.
Bununla belə, “New York Times” nəşri bildirib ki, masanın üzərində “məxfi sənədlərlə dolu qovluq” yox, siyasətçilərin qatıldığı rəsmi şam yeməyinin menyusu olub.
Məlumata görə, çinli aşpazlar təqdim edilən yeməkləri xüsusi olaraq ABŞ liderinin zövqünə və üstünlüklərinə uyğunlaşdırıblar.
Sevinc Əliyeva
Ordu.az