İran həm müharibənin yenidən başlanmasına, həm də danışıqların davamına hazır olduğunu bildirib

2026/05/1778846984.jpg
Oxunub: 415     16:09     15 May 2026    
“İran hadisələrin istənilən inkişafına. həm ABŞ ilə müharibənin yenidən başlanmasına, həm də münaqişənin həlli üçün danışıqlar masasına qayıtmağa hazırdır”.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Biz hər iki ssenariyə hazırıq - ya döyüş meydanına və müharibəyə qayıdırıq, ya da danışıqlar masasına qayıdıb diplomatiya yolunu seçirik. Bizim üçün fərqi yoxdur. Hər şey qarşı tərəfin nə seçəcəyindən asılıdır”, - deyə o, Yeni Dehlidə keçirilən mətbuat konfransında bildirib.

Mayın 12-də CNN telekanalı məlumat vermişdi ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması variantını daha ciddi şəkildə nəzərdən keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Əraqçi  


Bizi "telegram"da izləyin