Fridrix Merts Donald Trampla mübahisə etməyin mənasız olduğunu etiraf edib

2026/05/1778094883.jpg
Oxunub: 424     14:19     15 May 2026    
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla mübahisə etməyin mənasız olduğunu etiraf edib.

Ordu.az xəbər verir ki, o, bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində danışıb.

“Belə vəziyyətdə mübahisəyə girməyin mənası yoxdur. Buna cəhd edənlərə baxsaq, onların bəxti gətirməyib”, - deyə Merts Trampla söhbətlər zamanı sakit qalmaq üçün hansısa xüsusi üsuldan istifadə edib-etmədiyi barədə suala cavab verib.

O, nümunə kimi Volodimir Zelenski ilə Donald Tramp arasında 2025-ci ilin fevralında baş vermiş mübahisəni göstərib.

Həmin vaxt ABŞ prezidenti Zelenskini sərt şəkildə tənqid etmiş, Ukrayna lideri isə Ağ Evi vaxtından əvvəl tərk etməli olmuşdu.

Merts həmçinin bildirib ki, həmsöhbətlərinə uyğunlaşmağa çalışır.

Tramp və Merts arasında fikir ayrılığı apreldə Almaniya kanslerinin Qərb ölkələrini İrana qarşı ABŞ və İsrailin başladığı hərbi əməliyyat fonunda İran qüvvələrini yanlış qiymətləndirməkdə ittiham etməsindən sonra yaranıb.

Bundan sonra ABŞ lideri Almaniya kanslerinin “iyrənc işlədiyini” və onun dövründə Almaniyanın bütün mümkün problemlərlə üzləşdiyini bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merts   Tramp  


Bizi "telegram"da izləyin